Toni Adams: "Çempionatın favoriti "Qarabağ"dı"

18:38 - 19 İyul 2015

"Həm "Qəbələ", həm də "Çukariçki"yə çox çətin olacaq"

 

"Qəbələ"nin futbol direktoru Toni Adams Serbiya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, britaniyalı mütəxəssis çalışdığı klubun Serbiya "Çukariçki"si ilə qarşılaşmalarına da toxunub.

 

İngiltərə futbolunun canlı əfsanəsi ilk oyundakı nəticəyə təəccüblənmədiyini söyləyib: "Əvvəlcədən də bilirdim ki, bu komandaların səviyyəsi təqribən bərabərdi. Hətta deyərdim ki, eyni üslubda oynayan komandalardı. Cavab oyununda hansı nəticənin qeydə alınacağını söyləyə bilmərəm. İstənilən hesab qeydə alına bilər. Bir onu deyə bilərəm ki, həm "Qəbələ", həm də "Çukariçki"yə çox çətin olacaq".


Serb jurnalist Adamsın komadada əvvəlcə baş məşqçi olduğunu xatırladaraq, gələcək məqsədləri ilə də maraqlanıb: "Bu, mənim komandamdı. Əvvəlcə baş məşqçi kimi bacardıqlarımı ortaya qoydum. İndi amalımız komandanı daha yüksək pilləyə qaldırmaqdı. Çempionatın favoriti "Qarabağ"dı. Biz isə hər şeyin edilməsi üçün əlimizdən gələni əsirgəmirik".

Xəbər xətti