"Qalatasaray" 6 futbolçusunu göndərir

19:29 - 19 İyul 2015

Onların icarəyə verilməsi gözlənilir

 

Lukas Podolski, Lionel Karole, Cem Karacan və Bilal Kısanı heyətinə qatan "Qalatasaray" islahatlara başlayır.

 

Sportal.az хəbər verir ki, baş məşqçi Hamza Hamzaoğlu heyətdəki futbolçu sayını 27-yə endirəcək.

 

Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi bu məqsədlə 6 futbolçunu göndərəcək. Artıq onların adı da bəllidi. İddialara görə, Dani Nounkeu, Yekta Kurtuluş, Sinan Gümüş, Umut Gündoğan, Berk İsmail və Furkan Özçal "Qalatasaray"ı tərk edəcək. Onların icarəyə verilməsi gözlənilir.

Xəbər xətti