Bu axşam 1 məşq keçirəcək
İki günlük istirahətdənsonra "Qəbələ" yenidən bir araya gəlir.
Sportal.az xəbər verir ki, "Çukariçki"yə 0:1 hesablı məğlubiyyətdən sonra istirahətə buraxılan futbolçular baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında yenidən toplanır.
Bu axşam 1 məşq keçirəcək "qırmızı-qaralar" doğma stadionda hazırlıqlarını iyulun 22-dək davam etdirəcək. Oyundan bir gün qabaq Bakıya yollanacaq komanda matç öncəsi son məşqi isə oyunun keçiriləcəyi "Bakcell Arena"da edəcək.
Qeyd edək ki, “Qəbələ” – “Çukariçki” qarşılaşması iyulun 23-də, saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi