"Beşiktaş" Almaniya millisinin üzvünü transfer etdi

20:38 - 19 İyul 2015

Qomezlə 2 illik müqavilə imzalanacaq

 

"Beşiktaş" klubu "Fiorentina"nın almaniyalı ulduzu Mario Qomezi transfer edib.

 

Sportal.az, Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul klubu Qomezlə 2 illik müqavilə imzalanacaq. Marionun illik qazancı isə 2 milyon avro olacaq. Bu transferə görə türklər "Fiorentina"ya 5 milyon avro ödəməli olub.

 

Qeyd edək ki alman futbolçu yaxın günlərdə Türkiyəyə gəlib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Xəbər xətti