"Trabzonspor"un sabiq futbolçusu "Sportinq"lə anlaşdı

20:57 - 19 İyul 2015

3 illik müqavilə imzalanıb

 

Kolumbiya millisinin hücumçusu Teofilo Qutierrez karyerasını Portuqaliyada davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, "Trabzonspor"un keçmiş futbolçusu "Sporting"lə 3 il müddətinə müqavilə imzalayıb. Tərəflər razılığa gəlsələr Qutierrez daha 1 il də Lissabon klubunda çıxış edə bilər. Onun buraxılış qiyməti 40 milyon avro göstərilib. Qutierrezin son komandası Argentinanın  "River Plate" klubu olub.

Xəbər xətti