"Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?" VİDEO
02:10 - 20 İyul 2015
Portuqaliyalı futbolçunun əli boşda qaldı
Avstraliyada keçirilən çempionlar kuboku turnirində “Real” – “Roma” qarşılaşması bəzi məqamlarla diqqət çəkib.
Sportal.az xəbər verir ki, onlardan da biri kapitan sarğısında meydana çıxan Pepe və Seydu Keytanın salamlaşmadığı olub.
Hakimin püşk atmasından sonra Pepe həmkarıyla görüşməyə cəhd etsə də, əli boşda qalıb. Pepe ilə Keyta arasında soyuq münasibət 2011-ci ilə təsadüf edir. İspaniya Superkuboku uğurunda oyunda “Real”ın müdafiəçisi sabiq “Barselona”lı futbolçunu təhqir edib. Keytanın sözlərinə görə həmin vaxt portuqaliyalı futbolçu onu meymun adlandırıb.
Belə məqamda “O olmasın, bu olsun” filmində Məşədi İbadın sözünü xatırlatmaq yerinə düşər: “Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?”.