"Qarabağ"ın sabiq futbolçusu baş məşqçi təyin olundu

13:14 - 20 İyul 2015

"Əlincə"nin U-17 komandasına

 

"Əlincə" klubunda yeni baş məşqçi təyin olunub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, U-17 komandasına 37 yaşlı mütəxəssis Vasif Haqverdiyev baş məşqçi təyin olunub. O, ötən mövsüm Bakının "İnter"klubunun U-19 komandasını çalışdırıb.

 

Qeyd edək ki, Vasif  Haqverdiyev futbolçu kimi "Turan" , "İnter" , MKT-Araz", "Qarabağ", "Olimpik" və "Kəpəz"in şərəfini qoruyub.

Xəbər xətti