"Fluminense" ilə müqavilə imzalayıb
Braziliyalı futbol əfsanəsi Ronaldiniyonun karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki təcrübəli futbolçu ölkəsinin “Fluminense” klubu ilə müqavilə imzalayıb. Ronaldinyo 2016-cı ilin dekabr ayınadək bu klubun şərəfini qoruyacaq. O yeni komandasında ilinə 2 milyon 750 min avro qazanacaq.
Ronaldiniyonun təqdimatında 40 mindən çox azarkeş iştirak edib.