"Görüləsi çox şey var"
Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olan "Çukariçki” Serbiya çempionatına böyük hesablı qələbə ilə başlayıb.
Sportal.az xəbər verir ki, “Voyvodina” üzərindəki 4-0 hesablı qələbədən sonra həmin matçda 3 qolla yadda qalan klubun forvardı Andriya Pavloviç iddialı açıqlamalar verib: "Mövsümlərarası fasilədə yaxşı hazırlıq keçmişik. Bunun nəticəsini indi görürük. Həm daxili yarışlarda, həm də Avropada gücümüzü sübut etməyə çalışırıq. Yaxşı komandamız var. Hazırda əla formadayıq. "Voyvodina” ilə görüşdə də kompakt oyun sərgilədik. Vurduğum 3-cü qol isə praktiki olaraq, qələbəmizi rəsmiləşdirdi. Başa düşürük ki, bununla kifayətlənməməliyik. Hələ yolun əvvəlindəyik. Görüləsi çox şey var”.
Qeyd edək ki, "Çukariçki" Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 23-də "Qəbələ” ilə Bakıda qarşılaşacaq.
saytlarin hazirlanmasi