"Arsenal"dan "Borussiya"nın futbolçusuna 43 milyon avro

21:54 - 20 İyul 2015

Premyer Liqaya gələcək?

 

Dortmund "Borussiya"sının hücumçusu Pyer Emerik Obemeyanq karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyən "Arsenal" 43 milyon avrosundan da keçməyə hazırdı. 

 

Qeyd edək ki, Obemeyanq ötən mövsüm "Borussiya"nın heyətində çıxdığı 46 matçda 25 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti