Braziliyalı müdafiəçi “Atletiko”ya qayıdır
Braziliya millisinin üzvü Luis Felipe yenidən İspaniyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, “Atletiko” klubu sabiq müdafiəçisiylə danışıqları başa vurmaq üzrədir.
29 yaşlı futbolçu ilə razılığa gələn madridlilər braziliyalının keçidi qarşılığında “zadəganlar”a 16 milyon avro ödəməyə hazırdır. Bir ilə öncə Luis Felipeni 22 milyon avroya “Çelsi”yə satan İspaniya təmsilçinin yaxın günlərdə onunla 3 illik müqavilə bağlayacağı gözlənilir.
saytlarin hazirlanmasi