“Yuventus” 25 milyon verir, “Şalke” razılaşmır
“Şalke” klubunun yarımmüdafiəçisi Yulian Draksler İtaliya klubunun maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçunu “Yuventus” sıralarına qatmağa çalışır.
“Qoca Sinyora”nın idman direktoru Fabio Paratiçi futbolçunun keçidiylə bağlı Almaniyaya səfər edib. İtaliya çempionu Drakslerin transferi müqabilində Helzenkirhen təmsilçisinə 25 milyon avro təklif edib. Lakin bu məbləğlə razılaşmayan “Şalke” 21 yaşlı futbolçuya görə turinlilərdən 35 milyon tələb edib.
Qeyd edək ki, ötən mövsüm Bubndesliqada 15 oyuna çıxan futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi