"Real" Roysun keçidini reallaşdırır

02:10 - 21 İyul 2015

İspaniya nəhəngi almaniyalı üçün pul kisəsinin ağzını açır
 
Dortmund “Borussiya”sında uğurlu çıxışıyla diqqət çəkən Marko Roysun izinə Madrid “Real”ı düşüb.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumameyilli futbolçunun keçidini reallaşdırmaq üçün madridlilər hərəkətə keçib.
 
Qışda dortmundlularla müqaviləsini 2019-cu ilə qədər artıran almaniyalının transferinə görə “Kral klubu” pul kisəsinin ağzını açıb. Hər halda  tez bir müddətdə Roysu düşərgəyə qatmaq istəyən “Real” qarşı tərəflə dil tapmağa çalışır.
 
Xatırladaq ki, ötən mövsüm “Borussiya”da 20 oyun keçirıən futbolçu 7 qol vurub və 5 məhsuldar ötürməylə yadda qalıb.           

Xəbər xətti