Qalibləri qiymətli hədiyyələr gözləyir
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək.
Sportal.az xəbər verir ki, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.
Saat 18:00-da start götürəcək yarış Şıxovda yerləşən Veloparkda keçiriləcək.
Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasından qiymətli hədiyyələr gözləyir.
saytlarin hazirlanmasi