"Neftçi"yə qol vuran futbolçu "Nyukasl"a transfer oldu

18:23 - 21 İyul 2015

5 illik müqavilə imzalanıb

 

"Nyukasl" heyətini serbiyalı futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi "Anderlext"in hücumçusu Aleksand Mitroviçi transfer edib. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Nyukasl"ın bu transfer üçün qarşı tərəfə 20 milyon avro ödədəyi bildirilir.

 

Qeyd edək ki, Mitroviç "Anderlext"dən əvvəl Serbiyanın “Partizan" klubunun şərəfini qoruyub və bu zaman "Neftçi"nin qapısına qol vurmuşdu.

Xəbər xətti