Heyətin özəyini ilk hissədə oynatdım
Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Xəzər Lənkəran” yoxlama matçında "Kayserispor”laqarşılaşıb
Sportal.az xəbər verir ki, qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov fikirlərini türkiyəli jurnalistlərlə bölüşüb: "Qarşılaşmanın ilk hissəsi mənim üçün daha önəmli idi. Çünki heyətin özəyini ilk 45 dəqiqədə meydanda oynatdım. Türkiyədə çox gözəl təlim-məşq toplanışı keçirdirik. Bunu futbolçular oyunda da nümayiş etdirdi. Bacardığım qədər onların hamısına özlərini göstərmək üçün şans verdim”
saytlarin hazirlanmasi