Tolunay Kafkas: "Super Liqaya kimi hazır vəziyyətə gəlməyə çalışacağıq"

02:01 - 22 İyul 2015

"Xəzər Lənkəran"la matçdan sonra

 

"Xəzər Lənkəran"la hazırlıq matçında qarşılaşan  "Kayserispor"un baş məşqçisi Tolunay Kafkas matçla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis oyunla bağlı fikirlərini mətbuatla bölüşüb:

 

"Hazırlığa bir neçə həftədir ki, başlamışıq. Superliqaya kimi hazır vəziyyətə gəlməyə çalışacağıq. Komandamızın heyətini gücləndirməyə davam edəcəyik. Yaxın günlərdə iki futbolçu ilə müqavilə imzalanacaq. Bir neçə yeni oyunçu da komandaya cəlb olunacaq".

Xəbər xətti