"Rəvan"ın məşqçilər korpusu müəyyənləşdi

13:01 - 22 İyul 2015

Hər üçü ilə 1 illik müqavilə

 

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Rəvan” PFK-nın əsas komandasının yeni baş məşqçisi rəsmən açıqlanıb.

 

Sportal.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, kollektiv milli komandamızın sabiq futbolçusu Emin Quliyevə həvalə olunub. Artıq 38 yaşlı mütəxəssisin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.

 

Qeyd edək ki, yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.

Xəbər xətti