İlk məşqinə çıxdılar
2015/2016-cı il mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Rəvan” PFK-nın U-19 komandası hazırlıqlara start verib. Qitə miqyaslı turnirdə yarışacaq paytaxt klubu dünən ilk məşqinə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bayıl Arena”da baş tutan məşq prosesində komandaya yeni qoşulan oyunçular da iştirak ediblər.
Qeyd edək ki, ilk dəfə Azərbaycan klubunun mübarizə aparacağı turnir sentyabrın 15-də start götürəcək. Həmin gün Çempionlar Liqasının qrupunda çıxış edən 32 komandanın U-19 təmsilçiləri mübarizəyə qoşulacaq. Ancaq "Rəvan”ın da mübarizə aparacağı milli çempionatlarının qalibi olan digər 32 komanda ilk oyunlarını sentyabrın 30-da keçirəcək. Cavab matçları isə oktyabrın 21-ə təyin olunub.
saytlarin hazirlanmasi