1/2 final matçları
Həvəskar komandalar arasında keçirilən XVII ölkə birinciliyinin yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyunlarda olduğu kimi cavab matçlarında da oyunlar eyni hesablı heç-heçə ilə bitib. Həmin nəticələrlə sizi tanış edirik:
"Şərur" (Bakı) - "Mehdiabad bəl" (Abşeron) - 1-1 (4-3 pen)
"Qəbələ-2" (Qəbələ) - "Çağırğan" (Sabirabad) - 1-1 (6-5 pen)
Beləliklə finalda Şərur (Bakı) və Qəbələ-2 (Qəbələ) komandaları qarşılaşacaq. Final görüşü 26.07.2015 tarixində saat 18:00-da AzDBTIA (İdman institutu) futbol meydançasında keçiriləcəkdir.
saytlarin hazirlanmasi