"Bavariya" bu futbolçuya görə 40 milyon avro ödəyəcək

14:51 - 23 İyul 2015

Arturo Vidal "Bavariya"da

 

"Bavariya" prezidenti Karl Haynz Rumenige Arturo Vidalın transferi üçün "Yuventus"la və futbolçu ilə anlaşdıqlarını açıqladı.

 

Sportal.az xəbər verir ki, çilili futbolçu ilə 5 illik müqavilə imzalanacaq. O yaxın günlərdə Almaniyaya gələrək, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

 

Bu transfer üçün Almaniya nəhəngi turinlilərə 40 milyon avro ödəyəcək. Vidal özü isə "Bavariya"da 5 ilə 27 milyon avro qazanacaq.

Xəbər xətti