Bilet satışı davam edir
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Serbiyanın "Çukariçki" klubu arasındakı cavab matçına bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, satışa çıxarılan 10 min 200 biletdən 5000-ə yaxını satılıb. Oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" matçı "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi