"Seltik" "Qarabağ"dan öncə Fransa klubu ilə qarşılaşacaq

19:19 - 23 İyul 2015

Yoxlama matçı

 

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şotlandiyanın “Seltik” komandası Ağdam klubu ilə ilk matç ərəfəsində yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Qlazqo təmsilçisi iyulun 25-də öz meydanında Fransa təmsilçisi “Renn”lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

 

Qeyd edək ki, "Seltik" - "Qarabağ" matçı isə iyulun 29-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti