"Neftçi" Türkiyə klubu ilə sülhə razılaşdı

00:12 - 24 İyul 2015

Yoxlama matçı

 

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"  hazırlıq çərçivəsində ilk yoxlama matçına çıxıb. 

 

Sportal.az xəbər verir ki, Samir Əliyev futbolçuları yerli "Alanyaspor" klubu ilə oyunda sınaqdan keçirib.

 

Oyun bir dəqiqəlik sükütla başlayıb. Çünki dünən Ağdamın işğal günü idi. "Neftçi"nin oyunçuları meydana qara sarğıda çıxıblar.

 

"Neftçi" meydana bu start heyətlə çıxıb: Aqil Məmmədov, Melli, Rahil Məmmədov, Kamal Qurbanov, Aylton, Ramos, Kaue, Elşən Abdullayev, Samir Məsimov, Fəhmin Muradbəyli, Məhəmməd Qurbanov.

 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 51-ci dəqiqədə türklər hesabı açsalar da, sonradan oyuna qoşulan Ruslan Qurbanov 67-ci dəqiqədə rəqib qapıçının səhvindən istifadə edərək hesabı bərabərləşdirib - 1:1.

Xəbər xətti