"Kəpəz" Gürcüstan klubu ilə sülh bağladı

00:41 - 24 İyul 2015

Yoxlama matçı

 

Türkiyədə hazırlığı sürdürən “Kəpəz” ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi iyulun 23-də Gürcüstanın yüksək liqasında mübarizə aparan “Şukura” komandası ilə qarşılaşıb. Ağdam rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı futbolçularımız gürcülərlə matça qolunda qara sarğı ilə çıxb. Türkiyəli hakimlər briqadasının idarə etdiyi oyundan öncə isə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan həmyerlilərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşə gəlincə, qarşılaşma Gəncə klubu üçün yaxşı başlayıb. Artıq 10-cu dəqiqədə Şəhriyar Əliyev künc zərbəsinin davamında dəqiq oynayaraq hesabı açıb.

 

İkinci hissədə məşqçilər korpusu meydanda gənclərə üstünlük verib. Rəqib isə son dəqiqələrdə hesabı bərabərləşdirib – 1:1.

Xəbər xətti