"Kəpəz"in yeni legioneri: "Futbolçular Şahin Diniyevə inanır"

13:06 - 24 İyul 2015

"Mən azarkeşlərimizlə görüşmək üçün səbirsizlənirəm"

 

Litvalı qapıçı Tadas Simaitisin "Kəpəz"ə baxışa gəlməsi barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, dünən "Şukura" ilə oyunda meydana çıxan qolkiper "Kapaz FC" səhifəsinə müsahibə verib.

 

- "Kəpəz" haqda nə deyə bilərsən?

- İlkin təəssüratım çox xoşdu. Deyə bilərəm ki, peşəkar kluba gəlmişəm. Kollektiv xüsusi ilə çox mehribandı. Hesab edirəm ki, bizi qarşıda çox gözəl mövsum gözləyir. Amma dahada əzmlə çalışmalıyıq.

 

- Necə fikirləşirsən, baxışdan uğurla keçə biləcəksən?

- Ümüd edirəm ki, hər şey mənim üçün uğurlu alınacaq.

 

- Şahin Diniyev haqqında nə deyə bilərsən?

- Çox yaxşı insan və yaxşı məşqçidi. Futbolçular ona inanır. Oyuna çox gözəl motivasiya edir. Çox istərdim ki, uzun müddət onunla işləyim.

 

- "Kəpəz" azarkeşləri haqqında nə deyə bilərsən? 

- Burda futbolçular mənə azarkeşlərin necə çılğın və tələbkar olduqlarını dedilər. Mən azarkeşlərimizlə görüşmək üçün səbirsizlənirəm. Və onlara söz verirəm ki, bütün oyunlarda son dəqiqəyə qədər mübarizə edəcəyik.

Xəbər xətti