"Xəzər Lənkəran" pleymeyker və hücumçu alır

13:21 - 24 İyul 2015

Ayın sonuna qədər komandaya qoşulacaqlar

 

Mövsümlərarası yay fasiləsində Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha iki futbolçunu transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, hazırda menecerlərlə məhz bu mövzuda danışıqlar davam edir. 


Belə ki, Lənkəran klubu pleymeyker mövqeyində çıxış edən yarımmüdafiəçini və bir cinah hücumçusunu transfer etmək üzrədi. Adları açıqlanmayan hər iki legioner futbolçunu təmsil edən menecerlərlə artıq şifahi razılaşmanın əldə olunduğu da deyilir. 


Qeyd edək ki, bu futbolçuların iyulun sonuna qədər Bakıda komandaya qoşulacaqları gözlənilir. (12cioyuncu.info)

Xəbər xətti