Tam sağalıb
“Neftçi”nin kapitanı Araz Abdullayev komanda ilə ümumi məşqlərə başlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən mikroəməliyyat olunmuşdu. Buna görə də o, komandanın Bakıdakı məşqlərinə qatıla bilməyib. Artıq A.Abdullayev bir neçə gündür ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən bir müddət hazırlıqdan kənarda qaldığı üçün ötən gün “Alanyaspor”la keçirilən qarşılaşmada (1:1) meydana çıxmayıb.
saytlarin hazirlanmasi