Roman Qriqorçuk: "Apollon"u keçsək bakılısayağı "aerodrom" kepkanı taxacam"

17:45 - 24 İyul 2015

Mətbuat konfransında

 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk  "Çukariçki" ilə oyundan sonra maraqlı açıqlaması ilə diqqət çəkib. 

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis atv.az-a açıqlamasında deyib ki,  Avropa Liqasının III təsnifat mərhələsində "Apallon"  səddini keçsələr maraqlı bir addım atacaq: 

 

"Öncə,  azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların belə çılğın dəstəyi önündə biz qalib gəlməyə bilməzdik. Növbəti rəqibimiz olan "Appolon"la ikinci oynumuz yenə də burada olacaq. Kiprliləri keçsək, söz verirəm ki, mətbuat konfransına bakılısayağı "aerodrom" kepkanı başıma taxıb gələcəm". 

Xəbər xətti