Mövsümün ən bahalı transferi gerçəkləşdi

19:09 - 24 İyul 2015

Di Mariya PSJ-də

 

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

 

Sportal.az FranceFootball-a istinadən xəbər verirki, Fransa təmsilçisi argentinalı oyunçu üçün ingilislərə 65 milyon avro ödəyəcək. 
Di Mariyanın bu gün və ya sabah Parisə gedəcəyi bildirilir. 

Qeyd edək ki, bu hazırkı mövsümdə gerçəkləşdirilən ən bahalı transferdir. Buna qədər isə ən bahalı keçid Rahim Sterlinqin "Liverpuldan"dan "Mançester Siti"yə keçidi idi. Belə ki, şəhər təmsilçiləri İngiltərə millisnin yarımmüdafiəçisinin keçidi üçün `Liverpul`a təmsilçisinə 49 milyon funt sterlinq ödəmişdilər. 

Xəbər xətti