"Turan Tovuz"un sabiq baş məşqçisi Georgi Nikolova "ilişdi"

01:00 - 25 İyul 2015

"Heçmi idman təsərrüfatına rəhbərlik etməyi bacaran bir azərbaycanlı tapa bilmədiniz?"

 

"Turan Tovuz"un sabiq baş məşqçisi Naci Şensoy "İnter"in prezidenti Georgi Nikolovla bağlı "facebook"da status yazıb.

 

Sportal.az həmin statusu təqdim edir:

 

"Çox sevdiyim Azərbaycanın “Turan” komandasını 3 dəfə çalışdırdım. Hər dəfə də bunu uğurla həyata keçirdim. Şair ruhlu Azərbaycan xalqı ilə çox qısa zamanda birləşməyi bacardıq. Tək “Turan” fanatları ilə yox, bütün Azərbaycan azarkeşləri ilə aramızda qarşılıqlı sevgi yarandı.

 

Azərbaycanda hər şeyi dərk edə bildim, ancaq “İnter” kimi “dörd böyük”dən biri olan, səsini Avropada da ucaldan bir klubun prezidentinin bolqar Georgi Nikolov olmasına heç bir izah tapa bilmirəm. Dünyada əcnəbilərin prezident olmalarına çox rast gəlmişik. Məsələn, “Çelsi”nin prezidenti rusiyalı miyarder Roman Abramoviç. Ancaq o, hər il kluba milyonlarla avro xərcləməsəydi, ingilislər onun prezident olmasına razılıq verərdilərmi?

 

Təəssüf ki, azərbaycanlılar dünyada analoqu olmayan bir təyinatı reallaşdırıblar. Bolqarıstanda ac olan birisini kluba perzident təyin ediblər, yəni prezident klubdan maaş alır. Heyrətlənməmək olmur!

 

Ey mənim gözəl azərbaycanlı qardaşlarım, 8 milyonluq (9 milyonu keçib – red.) Azərbaycanda peşəkar klubu çalışdıra biləcək bir nəfər tapa bilmədinizmi? Heçmi idman təsərrüfatına rəhbərlik etməyi bacaran bir azərbaycanlı tapa bilmədiniz ki, imdadınıza bolqarlar yetişdi?! Təəssüf, həm də çox təəssüf!

 

Sözlərimi Aristotelin çox sevdiyi müəllimi Platona söylədiyi məşhur deyimlə bitirmək istəyirəm: “Səni sevirəm, Azərbaycan, amma incimə, həqiqəti səndən də çox sevirəm”

Xəbər xətti