Mertens “Liverpul”a keçməyəcəyini bəyan etdi
“Napoli”nin yarımmüdafiəçisi Dris Mertens klubla yollarını ayrıcağı ilə bağlı yayılan xəbərlərə son qoyub.
Sportal.az xəbər verir ki, 28 yaşlı belçikalı futbolçu “Liverpul”a keçməyəcəyini bəyan edib.
Mertens növbəti mövsüm də neapolluların şərəfini qoruyacağını gizlətməyib:
“Belə söz-söhbətlərdən sonra artıq məddə məşq etməyə həvəs olmur. Açığı, yayılan xəbərlər həqiqəti əks etdirmir. “Liverpul”a keçməyəcəyəm. Növbəti mövsüm də “Napoli”nin şərəfini qoruyacam. Hələ ki, İtaliya təmsilçisini tərk etmək fikrim yoxdur”.
saytlarin hazirlanmasi