İtaliyalı futbolçu klubunu dəyişdi
“Fiorentina”nın müdafiəçis Mikel Kamporeze klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 23 yaşlı italiyalı futbolçu karyerasını “Empoli”də davam etdirəcək.
2010-cu ildən Florensiya təmsilçisinə məxsus olan futbolçu son iki mövsümü B seriyasında “Bari” və “Çezena” klublarında keçirib. Tibbi baxışdan keçən futbolçu “Empoli”ylə 2018-ci ilin yayına qədər müqavilə bağlayıb.
saytlarin hazirlanmasi