Adrian Ramos İngiltərə yolunda
Dortmund “Borussiya”sınn hücumçusu Adrian Ramos İngiltərə təmsilçisinin maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunu “Kristal Palas” klubu heyətinə qatmağa hazırlaşır.
İngiltərə təmsilçisi kolumbiyalı forvardın qarşılığında dortmundlulara 20 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, ötən mövsüm Bundesliqada 29 oyun keçirən Adrian Ramos 6 qol vurub.
saytlarin hazirlanmasi