İtaliya yığmasının sabiq üzvü “qartal” ola bilər
“Fiorentina” klubuyla müqaviləsi başa çatan Alberto Akvilani Türkiyə təmsilçisindən təkilf alıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı italiyalı futbolçuyla “Beşiktaş” klubu maraqlanır.
Təcrübəli yarımmüdafiəçini sıralarına qatmaq üçün istanbullular Akvilaniyə 3 illik müqavilə ilə yanaşı yaxşı maaş da təklif edib. “Qara qartallar”la yanaşı, İtaliya yığmasının sabiq üzvünü Fransa təmsilçisi “Marsel” də heyətinə cəlb etməyə çalışır. Vaxtıyla “Roma”, “Liverpul”, “Yuventus” və “Milan”ın formasını geyinən futbolçu ötən mövsüm “Fiorentina”da 32 oyuna 1 qol vurub.
saytlarin hazirlanmasi