Bu gün vətənə qayıdır
Türkiyədə təlim məşq toplanışında olan "Xəzər Lənkəran" klubu hazırlıqlarını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, son yoxlama oyununda Türkiyənin 3-cü liqa təmsilçisi "Derincespor"la qarşılaşan "Xəzər Lənkəran" 2:1 hesabı ilə qalib gəldi. Komandanın heyətində hər iki qolu baxışda olan forvard L'İmam Seydi vurdu.
Qeyd edək ki, bu gün günorta saatlarında isə komanda vətənə yola düşür.
saytlarin hazirlanmasi