"Qalatasaray" üçün yeni forvard

18:06 - 25 İyul 2015

Kaliniçlə danışıqlar gedir

 

Türkiyənin "Qalatasaray" kubu hücumçu axtarışlarını davam etdirir.

 

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "cim bom" "Dnepr"in xorvatiyalı forvardı Nikola Kaliniçlə danışıqlara başlayıb. Futbolçu özü də İstanbul nəhəngi ilə görüşdüyünü etiraf edib.

 

Qeyd edək ki, 27 yaşlı hücumçu ötən mövsüm Ukrayna təmsilçisinin heyətində meydana çıxdığı 48 oyunda 19 qola imza atıb.

Xəbər xətti