Türkiyə klubuna qarşı
Türkiyənin Ərzurum şəhərində iyulun 17-dən hazırlıq prosesi keçən “Kəpəz” son yoxlama oyununa çıxıb. Komandanın rəqibi Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor” klubu olub.
Sportal.az xəbər verir ki, Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus arenada keçirilən oyunu yerli hakimlər briqadası idarə edib. Matç “sarı-göylər”in qələbəsi ilə yekunlaşıb – 2:1.
Gəncə klubunun qolları ilk yarıya təsadüf edib. Əvvəlcə Junior Osvaldo Jose – Tural Rzayev kombinasiyasını Oleksandr Sytnik məhsuldar zərbə ilə tamamlayıb. Az sonra isə Rzayev Osvaldonun ötürməsi ilə fərqlənib.
Kocaeli təmsilçisinin gücü ikinci hissədə yalnız hesab arasındakı fərqi azaltmağa çatıb. Şübhəli cərimə zərbəsindən türklər yekun nəticəni müəyyənləşdiriblər.
saytlarin hazirlanmasi