“Verder” Franko di Santonu yola saldı
Argentinalı hücumçu Franko di Santonun “Şalke”yə keçidi reallaşıb.
Sportal.az xəbər verir ki, “Verder”də forma geyinən futbolmçu Helzenkirken təmsilçisiylə 4 illik müqavilə bağlayıb.
Franko di Santonun keçidi qarşılığında “Şalke” klubu “yaşıllar”a 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm argentinalı hücumçu Bundesliqada 13 qol vurub.
saytlarin hazirlanmasi