Bernard “Şaxtyor”da qalmaq istəmir
Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Bernardla Porrtuqaliya təmsilçisi maraqlanır.
Sportal.az xəbər verir ki, “Porto” 22 yaşlı braziliyalı futbolçunun transferinə görə Ukrayna təmsilçisinə 17 milyon avro təklif edib.
2013-cü il “Atletiko Mineyra” klubundan Ukrayna təmsilçisinə keçən Bernard hələ özünü istənilən kimi göstərə bilməyib. Braziliya milli komandasının üzvü əsas heyətdə yer almadığı üçün artıq Ukraynada qalmaq istəmir. Belə olan halda, Donetsk təmsilçisinin yaxın günlərdə onu “Poto”ya satacağı ehtimal olunur.
Xatırladaq ki, ötən mövsüm Ukrayna Premyer-Liqasında 14 oyun keçirən yarımmüdafiəçi 3 qol ötürməsi edib.
saytlarin hazirlanmasi