Halk elə üfürdü ki, şamla bərabər tort da "uçdu" VİDEO

01:56 - 26 İyul 2015

Braziliyalı futbolçu 29 yaşını qeyd etdi       
 
Bu gün Braziliya milli komandasının üzvü Halk 29 yaşını qeyd edib.
 
Sportal.az xəbər verir ki, Rusiya “Zenit”ində çıxış edən futbolçunu ad günü münasibətiylə komanda yoldaşları təbrik edib.
 
Andrey Arşavin “sambaçı”nın doğum gününə  üzərində 29 ədəd şam olan xüsusi hazırlanmış tortu soyunub-geyinmə otağına gətirib. Şamları söndürmək üçün braziliyalı elə üfürüb ki, tort Arşavinin əlindən çıxaraq qarşıdakı futbolçunun üzünə tuş gəlib. Bu onu göstərir ki, Halkın güclü zərbələri olduğu kimi, nəfəsi də güclüdür.       

 

Xəbər xətti