Gələn ilin sentyabrında...
Rusiyada keçiriləcək DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının rəsmi tarixləri açıqlanıb.
Sportal.az xəbər verir ki, seçmə mərhələnin 2016-cı ilə təsadüf edəcək oyunları 4-6 sentyabr, 6-8 oktyabr, 9-11 oktyabr, 11-13 noyabr tarixlərində baş tutacaq. 2017-ci ildə isə 24-26 mart, 9-11 iyun, 31 avqust-2 sentyabr, 3-5 sentyabr, 5-7 oktyabr, 8-10 oktyabr tarixləri seçilib.
Qrup ikincisi olacaq komandalar son 4 vəsiqə uğrunda pley-off görüşlərini 9-11 və 12-14 noyabrda keçirəcəklər. DÇ-2018-in Rusiyada baş tutacaq final mərhələsinin görüşləri isə 14 iyunda start götürüb, 15 iyulda başa çatacaq.
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində Almaniya, Çex Respublikası, Şimali İrlandiya, Norveç və San Marino ilə mübarizə aparacaq.