Stadnik qızıl, Netreba bürünc medal qazandı

14:25 - 26 İyul 2015

"Poland Open” turniri 

 

Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə "Poland Open” turniri keçirilir.

 

Sportal.az xəbər verir ki, ilk günün nəticələri belə olub:

 

48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

 

55 kiloqramdakı təmsilçimiz Nataliya Şinişin bürünc medal uğrundakı görüşdə məğlub olaraq yarışı 5-ci yerdə başa vurub.

 

60 kiloqramda isə İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.

Xəbər xətti