"Beşiktaş" əzəli rəqibinin ulduzunu transfer edir

16:12 - 26 İyul 2015

Kristian Boroni "qartal" ola bilər

 

Tolqay Arslan və Vəli Kavlakın zədələnməsindən sonra "Beşiktaş" oyun qurucusu mövqeyinə futbolçu axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" sürpriz bir isimlə görüşmələrə başlayıb. Beləki, İstanbul təmsilçisi bir vaxtlar "Fənərbaxça"nın şərəfini qoruyan, indi isə karyerasını Braziliyada davam etdirən Kristian Boronini heyətinə qatmaq istəyir. Əgər danışıqlar müsbət yekunlaşsa "bülbüllər" sabiq ulduzu "Beşiktaş"a transfer ola bilər.

Xəbər xətti