Bütün futbolçular iştirak etdi
“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Çukariçki” ilə II təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) ardından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.
Bu gün baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib.
“Qəbələ” iyulun 30-da Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda sabah axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.
Xatırladaq ki, “Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi