"Barselona" Pedronun keçidinə razılıq verdi

01:25 - 27 İyul 2015

İspaniyalı hücumçu “manukunyanlar”a neçəyə başa gəldi?   
 
“Barselona”lı hücumçu Pedro Rodriges karyerasını İngiltərədə davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunun keçidiylə bağlı “Mançester Yunayted” qarşı tərəflə razılığa gəlib.
 
Kataloniya klubu Pedronun transferi qarşılığında “Qırmızı şeytanlar”dan 32,5 milyon avro tələb edib. Həmin məbləğlə razılaşan “manukunyanlar” yaxın günlərdə ispaniyalı forvardla müqavilə bağlayacaq.  
 
Qeyd edək ki, ötən mövsüm “Barselona”da 35 oyun keçirən futbolçu 6 qol vurub və 6 məhsuldar ötürmə edib.    

Xəbər xətti