"Borussiya" ispaniyalı forvardı sıralarına qatmağa hazırdır

01:47 - 27 İyul 2015

İngiltərə təmsilçisi isə seçim edir    
 
İspaniyalı hücumçu Roberto Soldado “Tottenhem” klubuyla yollarını ayırmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirə bilər.
 
Dortmund “Borussiya”sı Çiro İmmobilenin gedişindən sonra hücum xəttindəki problemi Soldadonun gəlişiylə  aradan qaldrımaq istəyir. Bundesliqa təmsilçisi ispaniyalı forvardın transferi müqabilində hotspurlulara 12 milyon avro təklif edib. Lakin təcrübəli futbolçuya “Sevilya” və “Vilyarreal” klublarının da maraq göstərməsi ingilisləri seçim qarşısında qoyub.
 
Xatırladaq ki, İngiltərə Premyer Liqasında ümumilikdə 76 oyun keçirən Roberto Soldado 16 qol vurub.      

Xəbər xətti