“Belə görürəm ki, qərar verməkdə tələsmədim”
“İnter”li hücumçu Mauro İkardi Madrid “Real”ından təkilf aldığını etiraf edib.
Sportal.az xəbər verir ki, 22 yaşlı argentinalı futbolçu müqaviləsini yeniləmədən əvvəl “Kral klubu”yla danışıqlar apardığını da deyib.
Onun sözlərinə görə, “İnter”də taleyi məlum olmadığı üçün futbolçu digər təklifləə də önəm verib:
“Real”dan təkilf almışdım. Hətta onlarla danışıqlar da aparmışdım. Məni narahat edən məsələ klubun yeni müqavilə təklif etməməsi idi. “İnter”də qalmağım da rəhbərliyin verəcəyi qərardan asılıydı. “İnter”in yeni şərtlərlə təklif etdiyi müqavilə məni razı saldı. Belə görürəm ki, qərar verməkdə tələsmədim. Hər halda “Real”la razılığ gəlsəydim, artıq “İnter”ə dönüşüm mümkün olmayacaqdı. Açığı, “İnter”də qalmağıma görə sevinirəm”.
saytlarin hazirlanmasi