Braziliyalı ulduz Avropaya qayıtmaq istəyir

02:23 - 27 İyul 2015

İngiltərə klubları Patoya təklif göndərib  
 
“Korintians”a məxsus icarə əsasında “San-Paulu”da çıxış edən Aleşandre Pato tezliklə Avropaya dönmək istəyir.
 
Sportal.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu karyerasını İngiltərədə davam etdirə bilər.
 
Belə ki, “Milan”ın sabiq üzvü “Vest Hem” və “Kristal Palas” klublarından təkilf alıb. Pato açıqlamasında yenidən Avropada Çempionlar Liqası həyəcanını yaşamaq istədiyini bildirib:
 
“Düzdü, “San-Paulu””da işlərim yaxşı gedir. Vətində özümü yaxşı hiss edirəm. Lakin yenidən Avropada oynamaq və Çempionlar Liqası həyacanını yaşamaq istəyirəm. Ingiltərə klublarından təklif alsam da, hələ qəti qərar verməmişəm. Açığı, elə bir kluba keçmək istəyirəm ki, həmin komanda iddisını ortaya qoysun. Belə ortabab klublarda vaxtmı keçirmək istəmirəm. “Milan”ın idddiasını itirməsi də mənim komandadan ayrılmağma səbəb oldu. Seçim edəndə daha güclü komandada oynamağa üstünlük verəcəyəm”.                     

Xəbər xətti