"Qalatasaray" "Real" Madridin futbolçusunu transfer etdi

16:06 - 27 İyul 2015

4 illik müqavilə imzalanacaq

 

Türkiyə Super Liqasının son qalibi "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "cim bom" "Real" Madridin gənc futbolçusu Joze Rodriqesi rənglərinə bağlayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. İspan futbolçu yaxın günlərdə Türkiyəyə gəlib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Deportivo"da oynayan Rodriqes meydana çıxdığı 25 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti